Zelenskinin jaketi London hərracında rekord məbləğə satıldı

7-05-2022, 09:49           
Zelenskinin jaketi London hərracında rekord məbləğə satıldı
Ukrayna Prezidenti Volodimir Zelenskinin jaketi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, geyim mayın 5-də Sotheby's hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.

Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu da hərraca çıxarılıb.

Yığılan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə edilməlidir. Hərracdan əldə edilən ümumi məbləğ açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru