Zaxarovadan Rusiya səfirinə edilən hücuma REAKSİYA

9-05-2022, 17:46           
Zaxarovadan Rusiya səfirinə edilən hücuma REAKSİYA
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında Varşavada Rusiya səfirinə edilən hücuma münasibət bildirərkən yazıb.

“İkinci Dünya müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların təhqir olunması, indi isə hər bir ləyaqətli insan üçün müqəddəs bir gündə gülqoyma mərasiminin pozulması Qərbin faşizmin reinkarnasiyası kursunu tutduğunun artıq göz qabağında olduğunu sübut edir. Amma dediyim kimi, bizi qorxutmaq olmaz. Bu, Avropa sakinləri üçün güzgüdəki öz əksindən qorxulu olmalıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Varşavada sovet əsgərlərinin qəbiristanlığında əklil qoyulması zamanı Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə və onu müşayiət edən rus diplomatlara üzərinə qırmızı boya töküblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru