Rusiyada dəhşətli meşə yanğınları - Qurbanların sayı artdı + VİDEO

10-05-2022, 00:02           
Rusiyada dəhşətli meşə yanğınları -
Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb. Bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat verilib.

Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi.

Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır.

Həmçinin 518 yaşayış binası və 309 qeyri-yaşayış binası məhv olub.

Bölgədə fövqəladə vəziyyət elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru