“AliExpress” rusiyalı işçilərini ixtisar etməyə başladı

13-05-2022, 11:25           
“AliExpress” rusiyalı işçilərini ixtisar etməyə başladı
“AliExpress Russia” şirkəti işçilərini ixtisar etməyə başlayıb. Bu barədə bazardakı vəziyyətlə tanış olan iki şəxs, eləcə də şirkətin keçmiş əməkdaşı məlumat veriblər.

Məlumatlı şəxslərdən biri bildirib ki, ixtisarlar bir ay əvvəl başlayıb və işçilərin 40 faizinə qədərini əhatə edib. Onun sözlərinə görə, Ukrayna böhranının başlamasından və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra “aktual olmayan” ərazilərin işçiləri ixtisarlara məruz qalıblar. Xüsusilə söhbət şirkətin öz alışlarından gedir.

“Aliexpress Russia”dan vəziyyətlə bağlı açıqlama verilməyib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru