“Amnesty international” təşkilatı Hindistanda cərimələnib

10-07-2022, 08:14           
“Amnesty international” təşkilatı Hindistanda cərimələnib
Hindistanın maliyyə qurumları “Amnesty international” təşkilatını cərimələyib.

Maliyyə cinayətlərini araşdıran dövlət qurumu (Enforcement Directorate) təşkilatı 6,5 milyon dollar cərimələyib. Bildirilir ki, təşkilat Hindistan daxilində fəaliyyətini xaricdən aldığı vəsaitlə maliyyələşdirib.

“Amnesty international” təşkilatının Hindistan bölməsinin rəhbəri əlavə olaraq 1,3 milyon dollar cərimələnib.

“Amnesty international” məsələyə münasibət bildirməyib. Təşkilat Hindistanda fəaliyyətini 2020-ci ildə dayandırıb. Buna səbəb bank hesablarının dondurulması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru