Dünyada ilk zirehli elektromobil hazırlanacaq

11-07-2022, 00:13           
Dünyada ilk zirehli elektromobil hazırlanacaq
BMW yeni “yeddiliyi”ni dünyanın ilk elektrik zirehli avtomobilinə çevirəcək.

Bunu bavariyalıların baş direktoru Oliver Tsipse bəyan edib.

O, bildirib ki, i7 sedanı yeni gülləkeçirməz avtomobil üçün əsas olacaq və mühərrik əvəzinə akkumulyatorun tətbiqi onun ballistik mühafizə dərəcəsinə təsir göstərməyəcək.

BMW rəsmiləri təfərrüatları açıqlamayıblar.

Lakin ekspertlər hesab edirlər ki, elektromobil VR6 sinifli zirehlə təmin ediləcək. Belə olarsa, zirehli i7 15 kiloqram trotil partlaması və 7.62 çaplı güllələrə qarşı davamlı olacaq.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru