Ukrayna ordusu Rusiyanın yüksək rütbəli komandirlərini MƏHV ETDİ
12-07-2022, 08:42
Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının komandanlığının daha üç nümayəndəsini məhv edib.
"Paralel.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.
Onlar məhv edilib:
- Rusiya Silahlı Qüvvələrinin 20-ci Qvardiya motoatıcı diviziyasının komandirinin müavini, polkovnik Kens Sergey Nikolayeviç;
- 106-cı diviziya komandirinin maddi-texniki təminat üzrə müavini, polkovnik Sergey İqoreviç Kuzminov;
- Qərargah rəisi - 16-cı xüsusi təyinatlı briqadanın dəstə komandirinin müavini, mayor Semenov Dmitri Vladimiroviç. TEREF xəbər verir ki, rəsmi mənbələrdə təsdiqlənməsədə, Kiyevdən verilən xəbərə görə məhv edilənlərin içində qeneral-mayor Nabiukin-də var. Teref.az