"Brent" markalı neftin 2022-ci il üçün qiymət proqnozu aşağı düşüb
13-07-2022, 08:28
ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 3 faiz - 107,37 dollardan 104,05 dollara endirib.
Bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya İdarəsinin (EIA) hesabatında deyilib. Ətraflı
Nazirlik həmçinin "Brent" markalı neftin qiymətinin 2023-cü ildə bir barel üçün 93,75 dollara düşəcəyini gözləyir.