“Instagram”dan YENİLİK: Canlı yayım funksiyasını genişləndirir

13-07-2022, 11:24           
“Instagram”dan YENİLİK:
Məşhur sosial media platforması “Instagram” canlı yayım funksiyasını genişləndirir.

“Instagram”da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq.

Instagram OBS, “Streamyard” və “Streamlabs” kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.

“Meta” sosial media platforması ilk dəfə tətbiqdən kənarda canlı yayıma imkan verir. Yeni inteqrasiya sayəsində “Instagram” paylaşımlarında xarici kamera, mikrofon və ya ekran şablonlarından istifadə etmək olar.

“Instagram”ın masaüstü versiyasında canlı yayıma başlamaq üçün əvvəlcə hansı yayım platformasını seçdiyinizi (məsələn, OBS və ya “Streamlabs”) göstərməlisiniz. Bundan sonra sizdən canlı yayımınıza başlıq verməyiniz istəniləcək. Başlığınızı seçdikdən sonra açarı və birbaşa yayım bağlantısını görəcəksiniz. Hər iki kodu xarici proqram təminatına köçürməklə siz “Instagram” yayınını xarici proqramla əlaqələndirmiş olacaqsınız.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru