“Avqustda alternativ Laçın yolunun bu hissəsinin tikintisi üçün tender elan olunacaq…”

13-07-2022, 10:06           
“Avqustda alternativ Laçın yolunun bu hissəsinin tikintisi üçün tender elan olunacaq…”
“Qarabağdakı mənbələrimizdən bildirilir ki, avqustda alternativ Laçın yolunun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunacaq və tenderdə qalib gələn şirkət 8 kilometrlik hissənin tikintisini öz üzərinə götürəcək”.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın “Hraparak” nəşri yazıb.

“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini öz vəsaitləri hesabına tikməyi təklif etsə də, Paşinyan ictimai münasibətdən ehtiyatlanaraq bundan imtina edib”- erməni saytı daha sonra belə yazır.

Xəbərdə xatırladılır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən 3 il ərzində Laçın ərazisindən alternativ yeni marşrut xətti çəkilməlidir.

“Azərbaycan artıq yolun Laçın rayonunun yaşayış məntəqələrindən yan keçən hissəsinin tikintisini başa çatdırır, Ermənistan hissəsinin tikintisinə isə hələ başlanmayıb”…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru