Belarus sərhədçisi Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya keçdi...

13-07-2022, 15:25           
Belarus sərhədçisi Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya keçdi...
Belarus sərhədçisi Rusiyaya qarşı müharibədə Ukrayna Müdafiə Qüvvələrinə qoşulmaq üçün sərhədi pozub.

TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko yerli mediaya açıqlamasında danışıb.

Demçenkonun sözlərinə görə, bu yaxınlarda Volın sərhəd dəstəsinin bölmələrindən birinin sərhəd dəstəsi sənədləri olmayan bir şəxsi saxlayıb. O, Belarusdan keçərək Ukrayna sərhədini qanunsuz keçib.

“Saxlanılan şəxs belarus sərhədçisi olduğunu və Brest sərhəd qrupunda xidmət etdiyini bildirib və qeyd edib ki, o, Rusiya işğalçılarına qarşı müharibədə Ukrayna Müdafiə Qüvvələrinə qoşulmaq məqsədi ilə sərhədi pozmağa cəsarət edib.

Həmin şəxs Rusiyaya müqavimət göstərməyin zəruriliyi ilə bağlı həmfikirlərinin olduğunu da bildirib. Onlardan biri ilə Belarus sərhədçisi Ukraynaya getməyi qərara alıb. Lakin sərhədə gedən yolda Belarus hərbçiləri onları aşkar edərək atəşlə təqib ediblər. Bu səbəbdən yalnız o, dövlət sərhədini keçə bilib.

Demçenko əlavə edib ki, saxlanılan Belarus Respublikası vətəndaşının səsləndirdiyi məlumat hazırda yoxlanılır və bundan sonra onun gələcək taleyi ilə bağlı qərar veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.