İkinci Yekaterinanın Odessadakı abidəsi ABŞ-ın pornoulduzunun təsviri ilə əvəzlənəcək

15-07-2022, 08:52           
İkinci Yekaterinanın Odessadakı abidəsi ABŞ-ın pornoulduzunun təsviri ilə əvəzlənəcək
Rusiya hökmdarı İkinci Yekaterinanın Odessadakı məşhur abidəsi sökülə bilər, onun yerində isə amerikalı pornoqrafiya aktyoru Bill Harrinqtonun təsviri quraşdırıla bilər.

Ukrayna Prezidentinin saytında uyğun petisiya baxılmaq üçün 25 min səs toplayıb və indi Prezident Volodimir Zelenski onu öyrənməyə borcludur.

Petisiyanın mətnində deyilir ki, Yekaterina «diskusiyalı tarixi şəxsiyyətdir» və o, öz fəaliyyəti ilə Ukrayna dövlətçiliyinə və mədəniyyətinə böyük zərər vurub.

Amerikalı pornoulduz isə fayda baxımından dünya ukraynalıları üçün şübhəsiz rol oynayıb.
«Abidənin layihəsi təklif olunur - orada aktyor Bill Harrinqton əlində pivə butılkası tutaraq, bar kətilində oturacaq» - xəbərdə deyilir.

Sənəddə həm də əminlik ifadə olunur ki, bu təşəbbüsün reallaşdırılması şəhərlilərin əhvalını qaldırıcaq və birmənalı olaraq, Kiyevin dünya birliyi ilə həmrəyliyinə işarə olacaq.

Bill Harrinqton amerikalı aktyordur, geniş publikaya 1990-cı illərin gey-pornofilmlərindən məşhurdur. Aktyor 2018-ci ildə avtomobil qəzasında həlak olub.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.