Məşhur rəssam Vinsent Van Qoqun “Kəndli qadının başı” əsərinin arxasında onun gizli avtoportreti aşkar edilib. Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Şotlandiya Milli Qalereyası açıqlama yayıb. İndiyə kimi gizli qalan avtoportret rentgen şüaları ilə aşkarlanıb. 1885-ci ildə çəkilmiş həmin rəsm Edinburqdakı Kral Şotlandiya Akademiyasında sərgilənəcək.