“Yeralaş”ın rejissoru pedofiliyaya görə 14 il azadlıqdan məhrum edildi

22-07-2022, 10:53           
“Yeralaş”ın rejissoru pedofiliyaya görə 14 il azadlıqdan məhrum edildi
Moskvanın Solntsevski Rayon Məhkəməsi “Yeralaş”ın 48 yaşlı rejissoru İlya Belostotskiyə qarşı cinayət işi üzrə hökm çıxarıb.

O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Belostotski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayəti (14 yaşına çatmamış şəxsə qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə cinsi xarakterli hərəkətlər) törətməkdə təqsirli bilinib. Məhkəmə Solntsevo Rayon Prokurorluğunun dövlət ittihamçısının mövqeyini nəzərə alaraq Belostotskini cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edib”, - Moskva prokurorluğundan verilən məlumatda bildirilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru