Uşaqlar arasında naməlum xəstəlik yayılır

23-07-2022, 07:54           
Uşaqlar arasında naməlum xəstəlik yayılır
Türkiyənin Bolu şəhərində qanlı ishalla özünü göstərən, anemiya və kəskin böyrək çatışmazlığı ilə nəticələnən yeni xəstəlik yayılıb.
İçməli sudan qaynaqlanan bəzi xəstələrə müayinələrdən sonra Hemolitik Uremik Sindrom (Hemolytic Uremic Syndrome/HUS) diaqnozu qoyulub.
Bakupost.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yuva kəndi ərazisində içməli sudan xəstələnənlərin sayı 98-ə çatıb.
14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam etdirilir. Həmçinin 17 xəstə müxtəlif şəhərlərdəki xəstəxanalara köçürülüb.
Ankaranın müxtəlif xəstəxanalarına köçürülən xəstələrin əksəriyyəti 1,5-15 yaş arası uşaqlardır.
Kənddəki su çənindən götürülmüş nümunələr və çəni təmin edən mənbələrlə bağlı ətraflı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru