Qadın evinin eyvanına dırmaşan ayının dərsini verdi və prosesi mobil telefona çəkdi

24-07-2022, 00:06           
Qadın evinin eyvanına dırmaşan ayının dərsini verdi və prosesi mobil telefona çəkdi
"Dərhal oradan aşağı düş! Bu nədir törətmisən? Oradan düş, çıx get! Heç utanmırsan?.."

"Mən heç də qormurdum, sadəcə, eyvandakl quş yuvasını qorumaq istəyirdim..."

Müəllimə sözün əsl mənasında ayının dərsini verib və onu evinin eyvanından qovub...

ABŞ-da bir qadın evinin eyvanına dırmaşan ayının dərsini verib və prosesi mobil telefona çəkib.

Moderator.az xəbər verir ki, bu barədə UPİ nəşri yazıb.

Hadisə Şimali Karolina ştatındakı Sapfir qəsəbəsində baş verib.

Debbi Tomlinson danışıb ki, ayı evinin ikinci mərtəbəsinin eyvanına qalxıb, bu barədə onu həyat yoldaşı xəbərdarlıq edib.

Əvvəllər məktəbdə müəllimə işləmiş qadın vəhşi heyvanın quş yuvasını uçurmağını gözləməmək qərarına gəlib və onu qovub.

Əvvəlcə amerikalı qadın bir neçə dəfə eyvanın qapısını çırpıb, amma ayı getmək fikrində olmayıb.

O zaman Tomlinson qapını açıb və peşəkar müəllimə səsilə vəhşi heyvanı utandırmağa başlayıb.

"Dərhal oradan düş! Bu nədir törətmisən? Oradan düş və çıx get! Heç utanmırsan?..", - qadın heyvana müraciətlə deyib.

Ayı qorxub və dərhal yerə düşüb. Bundan sonra qadın eyvana çıxaraq heyvandan evi tərk etməyi tələb edib.

Vəhşi heyvan aşağıda çaşbaş qalıb, Tomlinson yuxarıdan qışqırıb: "Mən hələ də səni görürəm!"
Tezliklə heyvan meşəyə dönüb.

Sonradan qadın danışıb ki, ayılar ilk dəfə deyil ki, onun evinin yaxınlığında peyda olur və o, həmişə onlarla ciddi söhbət edir.

"Bu, hər dəfə işə yarayır. Mən heç də qorxmadım. Mən quş yuvasını xilas etmək istəyirdim", - amerikalı qadın deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.