Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı dəyişdirilib 26-07-2022, 00:04 Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən azad olunub.APA-nın Ukrayna mətbuatına istinadla xəbərinə görə, bu vəzifəyə Viktor Xorenko təyin edilib.Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib. Facebook-da paylaş