AMEA-dan AzTV-yə CAVAB - "Dünyanın hər yerində belədir"

26-07-2022, 10:46           
AMEA-dan AzTV-yə CAVAB - "Dünyanın hər yerində belədir"
AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı sujet sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Müzakirələrdə AzTV-nin AMEA-ya ünvanlanan sərt tənqidlərinin haqlı olduğu, Akademiyanın fəaliyyətinin Azərbaycan cəmiyyətinə fayda vermədiyi bildirilir.

Tənqidlərə münasibət öyrənmək üçün AMEA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Teref.az xəbər verir ki, mətbuat katibi Azadə Balayeva Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası haqqında səslənən iradlara şərh verməyə əsas olmadığını deyib.

“AMEA-da qoca da, cavan da var. Süjet subyektivdir. Bu məsələni şərh etməyə xüsusi bir əsas görmürəm. Dünyanın hər yerində yaşlı elm adamları var”, - deyə A.Balayeva vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru