İlon Mask BKS-dən çıxan Rusiyaya cavab verdi – FOTO
27-07-2022, 09:07
“SpaceX”in yaradıcısı, amerikalı mühəndis və iş adamı İlon Mask öz “Twitter” səhifəsində Rusiyanın Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsindən çıxmaq planlarına münasibət bildirib.
Mask bu xəbərə cavab olaraq: “Yaxşı yol”, - yazıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyada 2024-cü ildən sonra layihədən çıxmaq və özlərin məxsus orbital stansiya yaratmaq planları açıqlanıb. Eyni zamanda, NASA BKS-dən 2030-cu ilə qədər istifadə etməyi düşündüyünü bildirib.