“Qeyrəti beldən aşağıda görən insanların...” – Elşad Miridən Hacı Təyyar cavab

27-07-2022, 17:48           
“Qeyrəti beldən aşağıda görən insanların...” –
“Qeyrəti beldən aşağı görən insanların fikirlərinə açıqlama verməyin özü absurd bir yanaşma olar, biabırçılıqdır”. TEREF.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, ilahiyyatçı Hacı Təyyarın çimərliyə ailəsi ilə çimməyə gedən kişilərin “necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?” fikirlərinə cavab olaraq deyib ki, islamda qadınların çimərliyə getməsi ilə bağlı bir qadağa yoxdur:

“Niyə qadağa olsun ki?! Baxın, bu tip açıqlamalar dar düşüncənin nəticəsidir. Bu insanlar həyatdan təcrid olunmuş kimi yaşayırlar, həyatın içində deyillər. Sanki elə bil qapanıblar bir qalaya, elə bir yerdə yaşayırlar. Ona görə də mən onları dindar yox, “dini dar” olan insanlar kimi təqdim edirəm.

Belə yanaşmalar, əlbəttə, insanları dindən uzaqlaşdırır. İnsanların bu günləri ateist və deist olmalarının səbəbi bu cür dar düşüncəli adamların din adı ilə danışıb, insanları dindən soyutmalarıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru