Fransa xüsusi təyinatlıları Kəbəni teroristlərdən necə təmizlədi...
28-07-2022, 08:43
1979-cu ilin Məhərrəm ayının 1-də 500 ərəb terroristi Kəbəyə hücum edib zəvvarları girov götürürlər.Bir həftəlik şiddətli döyüşlərdən sonra məlum olub ki, Səudiyyə hakimiyyəti kənardan kömək olmadan böhranın öhdəsindən gələ bilməyəcək. Fransa xüsusi xidmət orqanlarına müraciət etmək qərara alınıb. Amma bir problem var idi,Kəbəyə müsəlman olmayanı buraxmaq olmazdı.Axırda məcburən islamı qəbul edən Fransa xüsusi təyinatlılarının bütöv bir dəstəsi Hollivud döyüş filmi üslubunda məscidin zindanlarına basqın edirlər. Döyüş iki həftədən çox davam edib. Kapitan Paul Barrilin komandanlığı altında Fransız xüsusi təyinatlı GIGN böyük rol oynayıb. Rəsmi məlumatlara görə, 255 zəvvar, hərbçi və terrorçu öldürülüb, 560 nəfər yaralanıb. Çoxlarının fikrincə, itkilər daha çox olub. Diri-diri ələ keçirilən 68 terrorçu daha sonra edam edilib. Rövşən Quliyev Teref.az