Baydenin mühafizəçisi barədə şok iddia - İsraildə qadına...

31-07-2022, 13:58           
Baydenin mühafizəçisi barədə şok iddia - İsraildə qadına...
ABŞ Prezidenti Co Baydenin mühafizəçisinin İsraildə bir qadına hücum etdiyi iddia edilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Baydenin 13-14 iyul tarixində İsrailə olan səfərindən öncə baş verib. Təhlükəsizlik məsələləri ilə bağlı prezidentdən öncə İsrailə gələn mühafizəçilərdən biri gecə klubundan çıxan zaman səbəbsiz yerə Tamar Ben-Haim adlı qadına hücum edərək onu döyüb. Yerli medianın iddialarına görə, qadının polisə şikayətindən sonra həmin şəxs saxlanılıb, ABŞ prezidentinin mühafizə xidmətinin əməkdaşı olduğu bilindikdən sonra isə sərbəst buraxılaraq dərhal ölkəsinə göndərilib.

İsrail mediasına açıqlama verən 30 yaşlı Tamar Ben-Haim çoxsaylı bədən xəsarəti aldığını, müalicəsinin hələ də davam etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru