Fransa ölkə sərhədində antikovid məhdudiyyətlərini aradan qaldırır
2-08-2022, 10:24
Fransada avqustun 1-dən etibarən ölkə sərhədində tətbiq edilən anti-COVID tədbirləri ləğv edilir.
Bunu nəqliyyat nazirii Kleman Bon deyib.
“Bazar ertəsindən etibarən sərhəddə tətbiq olunan sanitar tədbirlər həm ölkəyə daxil olanlar, həm də ölkədən çıxanlar üçün qaldırılır”, - o, “Twitter”də yazıb.
Eyni zamanda, Bon Fransa xalqını könüllü olaraq ictimai nəqliyyatda maska taxmağa davam etməyə çağırıb.