"Ukraynada AES-lər üzərində hava məkanını bağlayın"

2-08-2022, 10:25           
"Ukraynada AES-lər üzərində hava məkanını bağlayın"
Ukrayna atom elektrik stansiyalarının üzərində hava məkanını bağlamağı xahiş edib.

Teref.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Nyu-Yorkda işə başlayan BMT-nin 10-cu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Tərəflərinin Konfransında çıxışı zamanı deyib.

"Qlobal miqyasda nüvə fəlakətinin qarşısını almaq üçün inamlı hərəkətlər etmək lazımdır. Sizdən xahiş edirik ki, Ukraynadakı atom elektrik stansiyaları üzərində hava məkanını bağlayasınız və hava hücumundan müdafiə sistemləri ilə həmin əraziləri təmin edəsiniz",- deyə nazir müavini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru