Rusiyada Messinin fotosu ilə narkotik satan şəxs saxlanıldı – VİDEO

3-08-2022, 10:05           
Rusiyada Messinin fotosu ilə narkotik satan şəxs saxlanıldı – VİDEO
Sankt-Peterburqda marixuananı becərməkdə və sonradan satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları Kupçino sakininin yaşayış yerində axtarış apardıqda oradan üzərində Lionel Messinin şəkli olan plastik torbalarda həşiş və marixuana aşkar ediblər.

Bundan başqa, müəyyən edilib ki, saxlanılan şəxs Putilovo kəndi yaxınlığında kiçik bir sahədə əkin aparıb. Orada hüquq-mühafizə orqanlarının əməkdaşları 186 ədəd çətənə kolu aşkar ediblər.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru