Polşa Kalininqrad vilayəti ilə sərhəddə elektron baryer tikəcək

5-08-2022, 11:14           
Polşa Kalininqrad vilayəti ilə sərhəddə elektron baryer tikəcək
Polşa Rusiya ilə sərhədi elektron sistemlərlə gücləndirməyi planlaşdırır. Bu il baryerin yaradılmasına başlanılacaq.

Bu barədə Polşa Respublikası Sərhəd Mühafizəsinin baş komendantının mətbuat katibi Anna Mixalskaya məlumat verib.

O, tikinti işlərinin bu il başlayacağını bildirib. “Həm Kalininqrad vilayəti ilə sərhəddə, həm də sərhəd çayı Buq yaxınlığında sərhədin perimetral mühafizəsinin genişləndirilməsi planlaşdırılır”, - deyə mətbuat katibi qeyd edib.

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.