Rusiyada 100 mindən çox internet resursu BLOKLANIB

10-08-2022, 00:08           
Rusiyada 100 mindən çox internet resursu BLOKLANIB
Ukraynada müharibə başlayandan bəri Rusiyada 138 min internet resursu silinib, yaxud bloklanıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov məlumat verib.
O, bunu “xüsusi hərbi əməliyyat” başlanandan sonra internetdə ekstremizm və terrorizm çağırışlarının, kütləvi iğtişaşların və saxta xəbərlərin yayılmasına qarşı mübarizənin gücləndirilməsi ilə izah edib.
Baş prokurorun sözlərinə görə, xüsusi hərbi əməliyyatla bağlı qeyri-dəqiq sosial əhəmiyyətli məlumatların bloklanmasına görə prokurorluq orqanlarından ümumilikdə 340-dan çox müraciət daxil olub və təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru