Bavariya şahzadəsi 32 yaşlı tələbə ilə nişanlandı

10-08-2022, 10:24           
Bavariya şahzadəsi 32 yaşlı tələbə ilə nişanlandı
40 yaşlı Bavariya şahzadəsi Lüdviq Henrix niderland-kanadalı ailədən olan “Oksford” universitetinin kriminologiya fakültəsinin tələbəsi 32 yaşlı Sofi-Aleksandra Evekincklə nişanlanıb.

Nişan Bavariya kral ailəsinin ofisi tərəfindən rəsmi olaraq elan edilib.

Lüdviqin atası şahzadə Luitpoldun sözlərinə görə, o, cütlüyün tezliklə ailə həyatı quracağına ümid edir.

“Lüdviq yaxşı seçim edib. Gələcək gəlinim çox ağıllı və savadlı qadındır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, toyun tarixi hələ təyin olunmayıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru