İlon Mask tvitinin zarafat olduğunu açıqladı

18-08-2022, 09:58           
İlon Mask tvitinin zarafat olduğunu açıqladı
"Tesla" və "SpaceX"in baş direktoru, amerikalı iş adamı İlon Mask ""Mançester Yunayted"i alıram" tvitinin zarafat olduğunu açıqlayıb.

TEREF "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ilk tvitindən təxminən 4 saat sonra bu açıqlamanı verib.

"Tesla Owners Silicon Valley" hesabında "Ciddisən?" sualına o, "Xeyr, bu tviterdə uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman klubu almıram" cavabını verib.

Qeyd edək ki, İlon Mask daha əvvəl "Mançester Yunayted" futbol klubunu satın almaq istədiyi haqda tvit yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru