Dağıstan xalqı və Həbib Nurməhəmmədov arasında GƏRGİNLİK

27-09-2022, 08:44           
Dağıstan xalqı və Həbib Nurməhəmmədov arasında GƏRGİNLİK
Dağıstan xalqı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovdan Rusiyanın elan etdiyi hərbi səfərbərliyə mövqe bildirməsini tələb edir.

Dağıstanlılar 34 yaşlı sabiq döyüşçünün xalqına dəstək göstərməsini istəyirlər. Bu barədə Nurməhəmmədovun son İnstaqram paylaşımlarına şərhlər yazılıb:

"Həbib susma!", "Həbib, Rusiya qardaşlarını, dostlarını, atalarını, övladlarını qırır. Niyə susursan?", "Bu illər ərzində Dağıstan sənə dəstək oldu. Bir dəfə də sən xalqın üçün ayağa qalx!", "Həbib, bacıların döyülür, qardaşların ölümə göndərilir. SƏnin sözlərin böyük məna kəsb edir, səsini çıxart!".

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru