"Vaqner”in komandiri Ukraynada öldürüldü

30-09-2022, 09:24           
"Vaqner”in komandiri Ukraynada öldürüldü
Ukraynada "Vaqner”in komandiri, 41 yaşlı Aleksey Naqin öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” "InformNapalm” könüllü araşdırma icmasına istinadən məlumat yayıb.

"Telegram" kanalında bir sıra informasiya resurslarına istinadən yazdıqları kimi, sentyabrın 20-də Baxmut yaxınlığında "Vaqner” özəl hərbi şirkətin həmlə dəstəsinin 41 yaşlı komandiri, "Terek” ləqəbli Aleksey Naqin öldürülüb.

"İnformNapalm”ın məlumatına görə, Nagin Çeçenistan, Gürcüstan, Donbass, Suriya və Liviyada hərbi əməliyyatların "veteranı” olub.
"Xidmətlərinə" görə üç cəsarət ordeni, "Vaqner" qəhrəmanının platin ulduzu, "İgidliyə görə" və "Krımın müdafiəsinə görə" medalları ilə təltif edilmişdir. Həmçinin Naqin Rusiya qondarma "DXR” və "LXR”in qəhrəmanı adı ilə "təltif edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru