Rus qoşunları yer dəyişdirir, planları... - Son durum

17-12-2022, 12:24           
Rus qoşunları yer dəyişdirir, planları... - Son durum
Rusiya ayrı-ayrı hissələrini yenidən yerləşdirir və qoşunlarının bir hissəsini Xerson vilayətindəki Kaxovkadan çıxarır.

Teleqraf.com xəbər verir ki, bu barədə Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində deyilir.

Qeyd edilir ki, çıxarılan qoşunlar Nijni Seroqozi qəsəbəsinə köçürülüblər.

Hərbçilər yerli sakinlər arasında bu ilin sonuna qədər Kaxovkanın rus qoşunları tərəfindən tərk ediləcəyi barədə məlumat yayırlar. Qeyd olunduğu kimi, bununla əlaqədar ruslara sadiq olan yerli sakinlərə Ukraynanın müvəqqəti işğalı altında olan Krıma köçmək təklif olunur.

Həmçinin göstərilir ki, Luqansk vilayətində işğalçılar yerli sahibkarlara təzyiq göstərməkdə davam edir və onları Rusiya Federasiyasının qanunlarına əsasən öz bizneslərini yenidən qeydiyyatdan keçirməyə məcbur edirlər.

“Son 24 saat ərzində Ukrayna raket qüvvələrinin bölmələri və artilleriya bölmələri şəxsi heyətin cəmləşdiyi 5 ərazini, bir komanda məntəqəsini və düşmənin silah-sursat anbarını vurub”, - deyə Baş Qərargah bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru