Xilas edilən vəhşi heyvanlar zooparkın kolleksiyasına daxil edilə bilər

17-12-2022, 12:56           
Xilas edilən vəhşi heyvanlar zooparkın kolleksiyasına daxil edilə bilər
Zooparka yeni növ heyvanların gətirilməsi nəzərdə tutulmayıb. Ancaq, heyvanların həyatını, vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq, istisna hallarda qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların zooparkın kolleksiyasına əlavə edilməsi mümkündür.

Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Zooloji Parkın icraçı direktoru Nəzakət İsayeva deyib.

“Yenidən qurulmuş heyvanat parkının ən ümdə vəzifəsi “Qırmızı kitab”a daxil olmuş və nəsli kəsilmək təhlükəsində olan heyvan növlərinin çoxaldılması və onların öz tarixi areallarına geri qaytarılmasıdır”, - deyə icraçı direktor əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.