SENSASSİYA! Bu müğənnilər xarici kəşfiyyata işləyirmiş - ADLAR

28-12-2022, 08:44           
SENSASSİYA! Bu müğənnilər xarici kəşfiyyata işləyirmiş - ADLAR
Müğənni Alla Puqaçova Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Hurriyyet.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin Rusiya telekanallarının birində "Görüş yeri" proqramının efirində deyib.

O, xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən digər rusiyalı məşhurların da adlarını çəkib.

Borodin rep sənətçisi Morgenstern və videobloqer Yuri Dudyanın adını çəkib. "Bizdə olan məlumata görə, bu məşhurlar Qərb kəşfiyyat orqanlarında işləyirlər" deyə Vitali Borodin bildirib.

“Bir az gözləyin, biz sizə Alla Puqaçova,Morqenştern və Dudun kiminlə əməkdaşlıq etdiyi bütün həqiqəti deyəcəyik. Bu adamlar bütün bu illər ərzində Rusiyada kimlər işlədiblər və niyə məhz ölkəmiz üçün çətin məqamda qaçıblar? Ümid edirəm ki, hamınız bunun bir səbəbə görə deyildiyini anlayırsınız”, - Borodin bildirib.

Oxu24.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.