"WhatsApp" dekabrın 31-dən bəzi cihazlarda işləməyəcək

28-12-2022, 09:46           
"WhatsApp" dekabrın 31-dən bəzi cihazlarda işləməyəcək
"WhatsApp" bu il dekabrın 31-də bəzi “Apple”, “Samsung” və “Huawei” cihazlarında işini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bu, tərtibatçının messenceri köhnəlmiş qurğulara uyğunlaşdırmaqdan imtina etməsi ilə bağlıdır. Ümumilikdə, vatsapın söndürülməsi smartfonun 49 modelinə təsir edəcək. Bunlara “iPhone 5” və “5c”, “Samsung Galaxy S2”, “Samsung Galaxy S3 mini”, “Huawei Ascend Mate”, “Huawei Ascend P1” və seçilmiş LG, HTC və “Lenovo” cihazları daxildir.

Qeyd edilib ki, messencerdə problemlərin qarşısını almağın yeganə yolu daha müasir qadcet almaqdır.

Bundan əvvəl vatsap mesajların təsadüfən silinməsinə qarşı qoruma əlavə etmişdi. İndi istifadəçilər təsadüfən silinmiş yazışma fraqmentlərini bərpa edə bilərlər, bunun üçün beş saniyə vaxt verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru