General Volkov gizli girişdən qaçdı: avtomobili mühasirədə qalıb... - Ermənilər belə yazır...

28-12-2022, 17:03           
General Volkov gizli girişdən qaçdı: avtomobili mühasirədə qalıb... -
Volkov Xankəndində binanın gizli girişindən qaçdı... Avtomobili mühasirədə qalıb...- Ermənilər belə yazır..

Bir müddət əvvəl guya Xankəndindəki separatçı-terrorçu qurumun rəhbərliyi ilə görüşə gəlmiş Rusiya “sülhməramlı” komandanı general Andrey Volkov separatçı haykların “hökumət” binasını mühasirəyə aldığını görərək gizli çıxışdan qaçıb.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılıb.

“Volkov hökumət binasından başqa girişdən qaçıb. Onun avtomobili etirazçılar tərəfindən əsas girişin qarşısında mühasirədə qalıb”- məlumatda belə deyilir.

Xatırladaq ki, Laçın-Şuşa-Xankəndi yolunda Azərbaycan ictimaiyyətinin məlum aksiyasından sonra ermənilər də general Volkovdan həmin yolun açılmasını tələb edərək müxtəlif aksiyalar keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru