İnsan saçı planeti xilas edə bilər - FOTO

29-12-2022, 11:08           
İnsan saçı planeti xilas edə bilər - FOTO
Belçikada insan saçından istifadə edərək planeti zəhərli tullantılardan xilas etməyin yolunu tapıblar.

“Hair Recycle” layihəsi bərbərxanalardan kəsilmiş saçları toplamağa və onları təkrar emal edərək təbii faydalı əşyalara çevirməyə başlayıb.

Müəssisələrdə saçlardan sıx liflər hazırlanır, həmin liflərdən saplar düzəldilir və bu saplardan xüsusi parçalar toxunur.

Belə parçalar mayedən neft və karbohidrogenləri təmizləmək üçün əla filter rolunu oynayır.

“Hair Recycle” şirkətinin həmtəsisçisi Patrik Yansenin sözlərinə görə, bir kiloqram saç yeddi-səkkiz litr yağ və karbohidrogenləri udmaq qabiliyyətinə malikdir. O, həm də çox güclü materialdır - bir tel öz çəkisindən on milyon dəfə artıq ağırlığını daşımağa qadirdir. Bundan əlavə, insan saçı tərkibindəki keratin lifləri sayəsində suda həll olunur və elastikdir.

Belə materialdan hazırlanmış bir parça kanalizasiyaya yerləşdirilə bilər və zərərli maddələrin borularda qalması və su obyektlərinə nüfuz etməsinin qarşısını ala bilər.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru