Azərbaycanlı “kuryer” qadın Türkiyədə saxta valyuta mafiyasının üzvü olub

30-12-2022, 00:04           
Azərbaycanlı “kuryer” qadın Türkiyədə saxta valyuta mafiyasının üzvü olub
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin işi üzrə istintaq prosesini yekunlaşdırıb.
71 nəfər şübhəlini əhatə edən istintaq 298 səhifəlik cinayət materialından ibarətdir.
İstintaq zamanı cinayətkar qruplaşmanın üzvlərindən biri saxta əsginaslarla 50 milyard dolların hazırlandığını etiraf edib.
Təqsirləndirilənlər arasında qruplaşmada kuryer “işləmiş” Azərbaycan vətəndaşı, 61 yaşlı Elmira Abdullayeva da var.
Məlum olduğu kimi, 2021-ci il mayın 23-də polisin məxfi nəzarətində olan Elmira Abdullayeva Bakıdan İstanbula uçub və iyunun 3-də İstanbulun Aksaray rayonundakı otellərdən birində həbs edilib.
Axtarış zamanı onun üzərindən Tehrana aviabilet və 5 000 saxta dollar aşkar edilib.
Cinayət işinin baxılması məsələsində Ankara və İstanbul Ağır Cəza Məhkəmələri arasında səlahiyyət bölgüsü mübahisələrə yol açdığından, işə Türkiyə Ali Məhkəməsinin 5-ci Cəza Kollegiyasında baxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru