Maskdan daha bir ilk

1-01-2023, 00:07           
Maskdan daha bir ilk
“SpaceX”, “Tesla” və “Twitter”in sahibi İlon Mask dünyada 200 milyard dollar itirən ilk şəxs olub.

Məlumata görə, 51 yaşlı milyarderin sərvəti 137 milyard dollara qədər azalıb. Onun varidatının kəskin azalması “Tesla” səhmlərinin bu ilin son həftələrində, o cümlədən dekabrın 27-də 11% ucuzlaşması ilə bağlıdır.

Ekspertlərin fikrincə, qlobal elektrik avtomobil bazarının qabaqcıllarından birinə çevrilən Mask mövqeyini rəqiblərinə görə itirir – hazırda “Tesla” ayaqda qalmaq üçün müştərilərə böyük endirimlər təklif edir.

Qeyd edək ki, milyarderin sərvətinin pik həddi (340 milyard dollar) 2021-ci il noyabrın 4-də qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.