Ukrayna müdafiə naziri ruslara müraciət etdi:

2-01-2023, 02:05           
Ukrayna müdafiə naziri ruslara müraciət etdi:
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ruslara xəbərdarlıq edib.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov videomüraciətində bildirib.

O bildirib ki, Rusiya rəhbərliyi yeni səfərbərlik dalğasına hazırlaşır və bir həftə ərzində ölkə sərhədlərini bağlamağı planlaşdırır.

“Yeni il ərəfəsində hərbi xidmətə cəlb olunan Rusiya vətəndaşlarına müraciət edirəm. İlk növbədə, bu, Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Seçim etmək üçün hələ bir həftəyə yaxın vaxtınız qalıb”, – deyə nazir bildirib.

Aleksey Reznikov Rusiyanın Belarusla sərhədlərinin də bağlanacağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru