Mark Zukerberq hamilə həyat yoldaşı ilə fotosunu paylaşdı – FOTO

2-01-2023, 11:34           
Mark Zukerberq hamilə həyat yoldaşı ilə fotosunu paylaşdı – FOTO
“Facebook”un yaradıcısı Mark Zukerberq hamilə xanımı Prissilla ilə yeni fotosunu dərc edib.

İş adamı bu foto ilə abunəçilərini Yeni il münasibətilə təbrik edib.

Fotodan belə anlaşılır ki, ailənin tərkibinin genişlənməsinə artıq çox az qalıb.

Qeyd edək ki, Zukerberq uzun illərdir tanıdığı Prissilla ilə 2012-ci ildə ailə həyatı qurub. O, xanımla 2002-ci ildə Harvardda tələbə gecəsində tanış olub.

Milliyyətcə çinli olan Prissilla ilə Zukerberqin artıq iki qızı var. Milyarderin üçüncü övladının da qız olacağı bildirilir.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru