Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya gələn ay yeni hücuma hazırlaşır”

29-01-2023, 09:24           
Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya gələn ay yeni hücuma hazırlaşır”
“Heç kimə sirr deyil ki, Rusiya Silahlı Qüvvələri fevralın 24-nə kimi yeni hücum dalğasına hazırlaşırlar”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Azadlıq Radiosu”na müsahibəsində qeyd edib.

O deyib ki, Rusiya ordusu genişmiqyaslı müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etmək istəyir.

Danilov əlavə edib ki, Rusiyanın qarşısında dayanan əsas vəzifə Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə tam nəzarətdir.

“Həmçinin Rusiya ordusu artıq bir həftədir ki, Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiə imkanlarını araşdırmaq üçün kəşfiyyat aparır və həmin istiqamətdə qoşun toplayır. Buna baxmayaraq, Rusiya artıq müharibədə qalib gəlmək şansının sıfır olduğunu bilir”, – Danilov vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.