Krasnodar PUA hücumuna məruz qaldı - İlk dəfə

26-05-2023, 11:32           
Krasnodar PUA hücumuna məruz qaldı - İlk dəfə
Mayın 26-na keçən gecə Krasnodar dronların hücumuna məruz qalıb.

Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, mayın 25-dən 26-a keçən gecə bir pilotsuz uçuş aparatı Krasnodarın Morskaya küçəsindəki ofis binasına çırpılıb.

Məlumata görə, hadisə yerinə gələn fövqəladə hallar xidməti yanğın aşkar etməsə də, binanın dam örtüyünə və pəncərələrə dəyən ziyanı qeydə alıb.

Krasnodarın meri Yevgeni Naumov bildirib ki, fövqəladə hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb. O, sakinləri sakit olmağa çağırıb.

Qeyd edək ki, əvvəllər Rusiyanın kurort şəhəri Ukrayna tərəfindən hücuma məruz qalmayıb.

Bildirilir ki, mayın 25-də kamikadze dronları əvvəlcə Ukrayna ilə sərhədin bir kilometrliyində yerləşən Starolesye kəndinə hücum etməyə cəhd ediblər. Daha sonra Ukrayna Silahlı Qüvvələri sərhəddən 400 metr aralıda yerləşən Vyazovoe kəndinə hücuma cəhd göstərib.

Bundan əlavə, pilotsuz təyyarə Belqorod vilayətinin Şebekinski rayonunun Sereda kəndi yaxınlığında, sərhəddən 450 metr aralıda məhv edilib. Dronların kütləvi hücumu zamanı xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

Eyni zamanda, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Yuri Knutov Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz təyyarələrin doldurulması barədə danışıb. Hərbçilərin izah etdiyi kimi, Ukrayna qüvvələri on kilometr məsafə qət etməyə, zirehli texnika və artilleriyaya zərbə endirməyə qadir olan kamikadze dronlara diqqət yetirir.

Mayın 26-da səhər saatlarında məlum olub ki, Ukraynadakı hərbi obyektlər Rusiya Aerokosmik Qüvvələrinin birgə hücumunun hədəfinə çevrilib. Hərbi müxbirlərin məlumatına görə, indi pilotsuz uçuş aparatlarının birinci dalğası hədəflərə yaxınlaşır, strateji bombardmançılar isə raket buraxılış xəttinə doğru irəliləyir. Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.