Dünyanın ən böyük aysberqi Antarktidaya doğru hərəkətini bərpa edib

19-07-2023, 07:29           
Dünyanın ən böyük aysberqi Antarktidaya doğru hərəkətini bərpa edib
Yer kürəsinin ən böyük aysberqi A23a Antarktida sahillərinə doğru aktiv hərəkətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) mətbuat xidməti məlumat yayıb.

“Antarktida qışının əvvəlində Antarktida buzlağından ayrıldıqdan 30 ildən çox sonra ayda 150 km-dən çox sürətlə aktiv sürüşməyə başlayıb. Hazırda aysberq Ueddel dənizində Antarktida sahilləri boyunca hərəkət edir”, - mətbuat xidmətinin məlumatında deyilib.

Mətbuat xidməti qeyd edib ki, aysberqin sahəsi təxminən 4170 kv. km-dir.

“A23a aysberqinin gələcəyi bir çox amillərdən asılıdır: axınların təsiri, sualtı relyef çıxıntıları, meteoroloji amillər. Ancaq sonda aysberqin ömrünə sayılı günlər qalıb, o, çox güman ki, bu il əriyəcək”, - institutdan bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru