Rusiya Federasiya Şurasında iclas zamanı damdan su sızdı - VİDEO

19-07-2023, 13:17           
Rusiya Federasiya Şurasında iclas zamanı damdan su sızdı - VİDEO
Rusiya Federasiya Şurasında dəyirmi masa keçirilən zaman leysan səbəbi ilə dam örtüyündən içəriyə su sızıb.

Federasiya Şurasında keçirilən iclasda senatorlar stolun üzərinə damcılayan suyu qurutmaq və ətrafa yayılmasının qarşısını almaq üçün salfetdən istifadə ediblər.

Rusiya Dövlət Dumasında isə binanın ən yuxarı mərtəbəsində tavanda su sızması səbəbindən ləkələr əmələ gəlib.
Hətta güclü leysana görə Dövlət Dumasında pilləkənlər su altında qalıb.

Mənbə: Gazeta.ru, “Lenta dnya” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru