KİV: "Vaqner” şəxsi heyətinin 3/4-nü itirib

20-07-2023, 12:46           
KİV: "Vaqner” şəxsi heyətinin 3/4-nü itirib
Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə hücum nəticəsində şəxsi heyətinin 3/4-nü itirib.

"Report" "İnsayder"ə istinadən xəbər verir ki, bu barədə şirkətin komandirlərindən biri bildirib.

Onun sözlərinə görə, “Vaqner”in 78 000 döyüşçüsü olub. Onlardan 49 minini məhbuslar, 29 minini peşəkar və könüllülər təşkil edib.

Məlumata görə, “Vaqner”in şəxsi heyətinin 22 mini döyüşlərdə ölüb, 40 mini isə ağır yaralanıb. Belarusa 10 000 döyüşçü gedib, 15 min isə məzuniyyətdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru