Dəhşətli istilər gəlir: İş rejimi dəyişdiriləcək

20-07-2023, 14:48           
Dəhşətli istilər gəlir: İş rejimi dəyişdiriləcək
Almaniyada həddindən artıq istilərə görə iş rejimi dəyişdirilə bilər

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Təklif edilir ki, nahardan sonra fasilə verilsin.

Bu iş rejimi cənub ölkələrində geniş yayılmışdır, çünki nahardan sonra istidən küçədə işləmək qeyri-mümkün olur.

Almaniyada ictimai xadimlər ciddi iqlim dəyişikliyinə görə hakimiyyətə cənub ölkələrindən nümunə götürməyi təklif ediblər.

“Bu ideya artıq Almaniyanın Səhiyyə naziri Karl Lauterbax tərəfindən təsdiqlənib. O, aydınlaşdırıb ki, yenilik işəgötürənlər və işçilərlə müzakirə olunmalıdır”, – “Reuters” yazır. İşəgötürənlər assosiasiyası da öz növbəsində günorta fasiləsinin mümkünlüyünü nəzərdən keçirməyə razılaşıb. Mütəxəssislərin fikrincə, belə bir ideya çevik iş qrafikinin köməyi ilə həyata keçirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru