Britaniya rusiyalı iş adamına qarşı sanksiyaları ləğv edib

20-07-2023, 17:01           
Britaniya rusiyalı iş adamına qarşı sanksiyaları ləğv edib
Böyük Britaniya rusiyalı iş adamı, Tinkoff Bankın təsisçisi Oleq Tinkova qarşı sanksiyaları ləğv edib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilib

Britaniya hökumətinin bu qərarının səbəbləri açıqlanmayıb.

Mart ayında Bloomberg Tinkovun sanksiyalar siyahısından çıxarılması xahişi ilə Britaniya Xarici İşlər Nazirliyinə rəsmi müraciət etdiyi barədə məlumat yaymışdı.

İş adamı açıqlamasında Britaniya hökumətinin Kremli dəstəkləyən və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına töhfə verən şəxslərə qarşı sanksiyalar tətbiq etmək qərarı ilə razılaşdığını qeyd edib.

Qeyd edək ki, Rusiya Federasiyasını tərk edən Oleq Tinkov Moskvanın Ukraynaya qarşı müharibəni pisləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru