Qazax Suvarma İdarəsində Abbas Göyüşov hegemonluğu

30-06-2016, 09:09           

teref.az-nun poçtuna gələn şikayətdı yazırlar:
Araşdırmalar göstərir ki, Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər qanun qəbul edilmir. Sanki qanunlarımızın qəbulu da monopolyalaşıb. Kimə işin hansı tərəfi xeyir verirsə yüksək vəzifədə çalışan dostlarının əli ilə qanunlar da qəbul edilir. Məqsədə keçməzdən əvvəl onu yada salmaq istəyirəm ki, prezident İlham Əliyev fiziki şəxslərin gömrükdən ölkəyə gətirəcəyi malların maksimum dəyərini 10 000 manat müəyyən etdi. Çox keçmədi yüksək çinli gömrük rəisi televizorda müsahibə verdi ki, hər bir şəxs 10 kq həcmində mal gətirə bilər. Qəribədir, bu nədir, o nədir? Nə isə...
Verilən qanunlarımızın bir-birini təkzib etməsi adi hala çevrilib. Çaşan isə sıravi vətəndaşlardır. Bizlik deyil, yəqin ki, bu məsələ də yuxarı müstəvidə həll olunmalıdır.
Diqqətinizi bir məsələyə yönəltmək istərdim. Əmək qabiliyyətli insanlar üçün Azərbaycanda yaş həddi 65 olması hamımıza məlumdur. Di gəl maya qoyub 70-ə qədər müqavilə əsasında işləyənlər daha çoxdur. Hansı ki, həmin işçilər idarəyə qənim kəsilib, məmurluq dövründə tamamilə özünə çalışıb, dövlətə 1 qara qəpik xeyiri dəyməyib. Yeri gəlmişkən, belə məmurların timsalında Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Cahandar oğlu Göyüşovu göstərmək olar. Onu Qazaxda bəxtli insanlar sırasına yazanlar da az deyil. Dili daş deyəndən vəzifələrdədir. Onun üçün ən aşağı yer hazırda 65 yaşının ötməsinə baxmayaraq rəhbərlik etdiyi həmin idarədir. Ona görə bəxtli dedik ki, bu şəxs hələ sovet dönəmində Qazaxın Yuxarı Salahlı kəndində sovxoz direktoru işləyəndə həmin sovxozdan Qazax Rayon Partiya Komitəsinə müavin vəzifəsinə 100 qoyun əskikliyi ilə gəlmişdi. Kim onun yerinə olsaydı bəlkə də...
Bir müddət sığorta idarəsinin bərk gedən vaxtları Qazax Sığorta İdarəsinin müdiri, sonra Qazax RİH-də müavin, sonra Qax RİH-nin başçısı, 5 il orada başçı olandan daha sonra Qazax Suvarma Sistemləri İdarəsinə rəis təyin edildi. Abbas Göyüşov artıq uzun illərdi ki, bu vəzifədə “külüng “ vurur. Bu müddət ərzində nələrin sahibi olduğu göz qabağındadır. Göyüşov idarənin balansından külli miqdarda mənfəət əldə etsə də, qazaxlıların bir işinə də yaramadı. Yalnız özünün qohum-əqrabalarına kömək oldu.
...Yaranmış münasibət hazırda Qazax Suvarma Sistemləri İdarəsində özbaşınalıq və talançılıqla nəticələnməkdədir. Daha sonra teref.az-ya yazırlar ki, Göyşov rəis təyin edilən kimi idarənin yanacaq məntəqəsini ləğv edərək yanacağı çənlərdə götürüb aidiyyətsiz yerlərə yönəltməklə məşğul oldu. 200 nəfərə yaxın işçi qüvvəsinə malik idarədə işçilərin çox hissəsi əməkhaqqı verilənə yaxın idarədə görünürlər. Əksəriyyətinə iş günü yazılmasına baxmayaraq, “taksi” sürücüsü kimi fəaliyyət göstərir. Hələ, dövlətə vergi də ödəyirlər. Bu onu təsdiq edir ki, Abbas Göyüşov yerində olan kadrlardan deyil. İdarənin yerlərdəki su işçiləri əhaliyə nəğd şəkildə baha qiymətə su satmaqla məşğuldur. Suvarma suyunun 1 kubu 50 qəpik olduğu halda, vətəndaşlar 1 hektar əkin sahəsini ən azından 50 manata suvarırlar. Görün ki, Abbas Göyüşovun pulunu yığıb-yığışdırmaq olarmı? Təbii ki, su işçiləri açıq şəkildə Göyüşovun şəxsən özü ilə hesablaşırlar. Məsələn, Qazaxın ermənilərlə sərhəd kəndi olan Böyük Cəfərli kəndində 500-600 hektar əkilən kartof üçün kim inanar ki, onu əkən sahibkar suvarma üçün pulunu idarənin hesabına ödəmişdir?
Alınan məlumata görə, bunlar hamısı Göyüşovun şəxsi büdcəsinə daxil olur. Bundan əlavə, Abbas müəllim idarədə “mükafat əməliyyatı”nın mahir ustasıdır. O, bu yolları köhnə “partokrat” olduğu üçün əla bilir. Belə ki, yerlərdə fəaliyyət göstərən sahə rəislərinin 10 işçisindən həmişə eyni adamlara mükafat yazılaraq onlarla yarbayarı işləyir. Yəni, 7 nəfərə mükafat yazılsa da 3-nə heç vaxt yazılmır. Səbəbi isə qalan 3 nəfərin yarbayrıya razılaşmaması və “ağızı bütün” olmaması ilə əlaqələndirilir. Bu Abbas Göyüşovun öz seçimidir.
Mənbə bildirir ki, su mühərriki stansiyalarında heç bir yenilənmə aparılmadığı halda kağız üzərində 150 000 manatlıq su mühərrikləri alınmışdır. Halbu ki, bu gün də sovet dönəmindən qalma mühərriklər yerində sayır. Işləməyən texnikalara mühərrik yağı və yanacaq yazılaraq onlardan gələn vəsait rahatca yeyilir. Suvarma sistemləri idarəsinə mənsub texnikalar ehtiyac olanda rəisin Çeyrançöldəki fermasında və digər şəxsi təsərrüfatında özünün “dədəmalı” kimi işlədilir.
Abbbas Göyüşovun şəxsi ambisiyaları altında kəndlərdəki su işçiləri də vətəndaşlara divan tutmaqda davam edir. Qəbzsiz, filansız vətəndaşlara verilən suvarma suyundan alınan gəlirin az bir hissəsi büdcəyə mədaxil edilir. Abbas Göyüşov bu məsələdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xüsusi tapşırığının olmasını vurğulayır. Yaşı ötmüş bir məmurun bu gün su kimi müqəddəs nemətin başında durması, milləti susuz qoyaraq şəxsi məqsədləri üçün işləməsi kimə və nəyə lazımdır? Abbas Göyüşov bəlkə də ölkə tarixində yeganə icra başçısı oldu ki, cəmi 5 il işlədi. Hamıya məlumdur ki, icra başçıları ən azı 7-8 il işləyirlər. Yəni bu kadra ehtiyac o qədərdimi ki, neçə illərdi bu yaşında Qazax Suvarma Sistemləri İdarəsinə ziyan vurur?
Ölkə başçısı İlham Əliyev dəfələrlə kadr islahatından, meydanın gənclərə verilməli olduğunu bildirsə də, təəsüflər ki, bəzi nazirlər və komitə sədrləri əhəmiyyət vermirlər.
Yazi materialı dərc olunarkən, onu da bildirdilər ki, Abbas Göyüşovun tabeçiliyindəki texnikalardan kim necə gəldi istifadə edir. Məsələn, idarənin işçisi Rafiq Yusifov adlı şəxs idarənin 35 AA 062 Dövlət nömrə nişanlı, “NİVA” markalı maşından dədəmalı kimi istifadə edir. Üstəlik Rafiqin Qazax RPŞ-də çavuş işləyən oğlu Qoca Yusifov da polis işçisi ola-ola qanun pozuntusuna yol verərək həmin minik maşınını ağlıkəsən istiqamətlərə sürür, idarənin baş mühasibinin daim xidmətində durur. Bəs bu hansı qanunla tənzimlənir?
Qarşı tərəfi də dinləməyə hazırıq.
İlham Hacalı
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.