İran uranın zənginləşdirilməsi tempini aşağı saldı

12-08-2023, 10:07           
İran uranın zənginləşdirilməsi tempini aşağı saldı
İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə aşağı salıb və bu, bu payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində bir addım ola bilər.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İran həmçinin əvvəllər toplanmış zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyəsini azaldıb. Qəzetin yazdığına görə, Tehran nüvə məsələsində ABŞ-la danışıqların yenidən başlaması səyləri çərçivəsində belə addımlar atıb.
"The Wall Street Journal"ın məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri İrana bildiriblər ki, Tehran nüvə proqramını azaltmaq üçün konkret addımlar atarsa yaxın aylarda danışıqlara qayıtmaq mümkün olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru